15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 12.02.2025-ci il tarixində başlayaraq, 10 gün davam edəcək və fevralın 22-i yekunlaşacaq.
Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 26.02.2025-ci il tarixində keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Legion Financial” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
Səhmin növü və forması | Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 6,050 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 605,000 manat |
Ticarətə buraxılma tarixi | 26.02.2025 |
Anderrayter | “Unicapital İ.Ş”ASC |