3 fevral 2026 18:20 (GMT/UTC +04:00)
BOKT "AZKREDİT” ASC-in səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
463
15:53
18 fevral 2025
463

11 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “AZKREDİT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir. 

BOKT “AZKREDİT” ASC-nin səhmlərinin abunə yazılışı 20.02.2025-ci il tarixində başlayıb, 24.02.2025-ci il tarixində bitəcəkdir.

Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında baş tutacaq.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "AZKREDİT” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001023360

Səhmin növü və forması

Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

3,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

300,000 manat

Ticarətə buraxılma tarixi

26.02.2025

Anderrayter

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC