3 fevral 2026 14:03 (GMT/UTC +04:00)

Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikasının mərkəzi depozitarı olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir. MDM-in əsas məqsədi Azərbaycan Respublikasının ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.

MDM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Depozitar fəaliyyəti
  • Klirinq fəaliyyəti
  • Milli Nömrələyici Agentlik
  • Reyestrsaxlayıcı fəaliyyəti
  • Sərəncamçı xidmətinin göstərilməsi
  • Ödəniş Agenti xidməti

https://mdm.gov.az/