Yaşıl istiqrazlar nədir?
Kapital cəlbi yönündə maliyyə aləti olmaqla, emitentlər (şirkətlər və ya təşkilatlar) tərəfindən müvafiq ekoloji mühit, sosial və korporativ idarəetmə sahələrində müsbət nəticə göstərməklə layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsi vasitəsidir. Bakı Fond Birjası (BFB) yaşıl istiqrazların listinqə alınması və ticarət platformasında ticarətinin təşkil edilməsini təmin etməklər müəssisələrin davamlı inkişafı üçün əlavə kapitalın cəbində dəstək göstərir. Yaşıl istiqrazlar listinq alındıqda əlavə bazar seqmenti kimi nəzərdə tutulmur və listinqə daxil edilməsi, habelə ticarəti “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” və “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları” ilə tənzimlənir.
Bakı Fond Birjasında “Yaşıl İstiqraz Bazarı” üzrə ticarət olunan qiymətli kağızlar Listinq haqqı ödənişindən azaddırlar. Bu təşəbbüsün məqsədi daha çox emitent və investorun dayanıqlı maliyyə bazarında iştirak etməsini təşviq etmək və Azərbaycanda dayanıqlı gələcəyi dəstəkləməyə olan sadiqliyini nümayiş etdirməkdir.
Taksonomiya nədir?
Ekoloji və sosial mühitin davamlı fəaliyyətlərini müəyyən etmək üçün aydın və ölçülə bilən meyarları təsbit edən təsnifatləşdirmə formasıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən hazırlanmış taksonomiya investisiyaların davamlılıq məqsədlərinə uyğunlaşdırılması üçün çərçivə olaraq dayanaqlı maliyyələşdirmənin şəffaflığını, strukturllaşdırılmasını və etibarlılığı təmin edir.
Taksonomiyanın məqsədləri
- Standartlaşdırma: Özündə 6 məqsədi ehtiva etməklə müəyyən edilmiş sektorlar və texniki baxış meyarları üzrə istinad qaynağıdır.
- Yol xəritəsi: İnvestorlara, emitentlərə və tənzimləyicilərə ESG çərçivəsində layihələrin mərhələli formada uğurlu icratının təmin edilməsi istiqamətində köməklik edir.
- Hesabatlılıq: Ekoloji mühit, sosial və korporativ idarəetmədə davamlılığın təmin edilməsi yönündə ölçülə bilən meyarlar təyin etməklə layihələrin təyinatı üzrə aparılmasını təmin etməyə dəstək olur və fraud əməliyyatların azalmasına yardımçı olur.
Yaşıl istiqazların emissiya edilməsində taksonomiya tənzimləməsinin rolu
ARMB-nın Yaşıl Taksonomiyası yaşıl istiqrazların ciddi davamlılıq standartlarına cavab verməsini təmin etmək məqsədi ilə aşağıdakı meyarları müəyyən edir:
- Sektorların BMT-nin davamlılıq meyarlarına uyğunlaşması: Bərpa olunan enerji, enerji səmərililiyi, dayanaqlı su idarəetməsi və digər altı sektorun yaşıl malliyələşmə standartlarının müəyyən edilməsi.
- Qlobal tənzimləmə çərçivələri nəzərə alınmaqla müəyyən edilmiş standartlara əməl edilməsi: Bütün layihələr Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) kimi qlobal tənzimləyici çərçivələrə uyğun olmaqla onların prinsiplərinə əməl edir.
- Qorunma tədbirləri: PLayihələr "Əhəmiyyətli Zərər verməyin" (ƏZV) prinsiplərinə uyğun olmaqla bərabər ətraf mühitin və sosial mühafizənin təmin edilməsi ilə Minimum sosial təminatlara (MST) riayət edilməlidir.

Bakı Fond Birjasında Yaşıl İstiqrazların Tələbləri və Üstünlükləri
BFB-də Yaşıl İstiqrazlar üçün tələblər:
- Yaşıl İstiqraz üzrə təlimat: Emitentlər istiqrazın məqsədini və davamlılıq məqsədlərini əks etdirən təlimat hazırlamalıdırlar.
- Layihənin Uyğunluğu: İstiqraz Azərbaycanın Milli ESG Taksonomiyasına uyğun olaraq bərpa olunan enerji, çirklənməyə nəzarət və ya biomüxtəlifliyin qorunması kimi fəaliyyətləri maliyyələşdirməlidir.
- Müstəqil Yoxlama: Emitentlərdən ESG uyğunluğunu təsdiqləmək üçün ikinci tərəfin rəyi və ya kənar baxışı təmin etmək tələb olunur.
- Şəffaflıq və Hesabatlılıq: Fonddan istifadə və layihələrin davamlılığa təsiri ilə bağlı mütəmadi yeniliklər təmin edilməlidir.
- Qaydalara riayət: İstiqrazlar bütün BFB-nin listinq qaydalarına uyğun olmalıdır və beynəlxalq ESG standartlarına cavab verməlidir.
Taksonomiya Məqsədlərinə Uyğun Yaşıl İstiqrazların İstifadəsinin Üstünlükləri:
- Emitentlər üçün:
- Dayanıqlı layihələr üçün əlverişli şərtlərlə maliyyə resurslarına çıxış imkanı.
- Davamlılıq sahəsində lider kimi reputasiyasının artırılması.
- BSE-dən ESG uyğunluğu və emissiya sonrası hesabat tələbləri ilə bağlı dəstək.
- İnvestorlar üçün:
- Qlobal davamlılıq məqsədlərinə uyğun şəffaf və təsirli investisiya imkanları.
- Milli ESG Taksonomiyasına uyğunlaşma və müstəqil kənar auditlər vasitəsilə etibarlılığın təmin edilməsi.
