Bakı Fond Birjasının əməkdaşları bizi daim uğur və innovasiyaya aparan əsas aparıcı qüvvədir. Biz əməkdaşlarımızın öz potensiallarının daha da gücləndirməsinə təkan vermək üçün inklüziv və həvəsləndirici iş mühiti yaradırıq. Komandamızın üzvlərinin şəxsi və peşəkar inkişafı üçün zəruri təlim və inkişaf imkanları təklif edirik.
Bilik və bacarıqlarınızı daha da artırmaq, o cümlədən karyeranızda irəliləmək istəyirsinizsə Bakı Fond Birjası sizin uğur qazanmağınıza kömək edəcək lazımi resursları təmin edir.
Bakı Fond Birjasına gəlməklə, maliyyə bazarlarının gələcəyini formalaşdıran dinamik və innovativ komandanın bir hissəsi olun.
CV-nizi müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə careers@bse.az ünvanına göndərə bilərsiniz.