11 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “AZKREDİT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT "AZKREDİT” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001023360 |
Səhmin növü və forması | Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 3,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 300,000 manat |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “İnvest-AZ İ.Ş” QSC |