3 fevral 2026 14:04 (GMT/UTC +04:00)

• Səhm, korporativ və dövlət istiqrazları (Maliyyə Nazirliyinin istiqrazları), Mərkəzi Bankın notları, ipoteka istiqrazları, dövlətə məxsus şirkətlərin istiqrazları, digər korporativ istiqrazlar və repo qısamüddətli borclanma aləti ilə həyata keçirilir.

• BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsi ilə mümkündür. İnvestisiya şirkətlərinin məlumatlarını aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://www.bfb.az/investisiya-sirketleri

• Hazırda BFB-də istiqrazların məsafədən ticarətinin istifadəyə verilməsi üzrə müvafiq işlər aparılır.

• Səhm investorlara mülkiyyət hüququ verir və gəlirlikdən dividend əldə etmək imkanı yaradır. Əlavə olaraq isə şirkətin səhmlərinin qiyməti də arta bilər və bu investor üçün əlavə gəlir mənbəyidir. • İstiqrazlar borc maliyyə kağızlarıdır və şirkətin heç bir mülkiyyət hüququnu daşımır. Borc kağızı olaraq investora sabit gəlir əldə etmək imkanı verir. • Repo səhm və istiqrazlar üzrə qısamüddətli borclanma alətidir.

• Bakı Fond Birjasında ticarət saat 10:00 – 16:30 aralığında həyata keçirilir.

• Bazar haqqında son məlumatları BFB-nin veb-saytından, ticarət platformalarından və ya lisenziyalı brokerlər vasitəsilə əldə edə bilərsiniz.

• Səhm bazarında qiymət dəyişikliyi, istiqraz bazarında ümumi bazar faizi dəyişikliyi (iqtisadi qeyri-stabil vəziyyət olduqda), repo əməliyyatlarında isə əməliyyat aparılan qiymətli kağızın (səhm və ya istiqraz) riski mövcuddur.

• Lisenziyalı üzv şirkətlər vasitəsilə ticarət hesabı açaraq və onların platformasında əməliyyatlar apararaq investisiya edə bilərsiniz.

• Səhmlərin qiymətləri bazardakı təklif və tələbin dinamikasına əsasən müəyyən edilir. Şirkətin fəaliyyəti, iqtisadi vəziyyəti və investorların rəyi bu qiymətlərə təsir göstərir.

• Səhmlərə investisiya uzunmüddətli kapital artımı, dividend gəlirləri, portfelin diversifikasiyası və inflyasiyadan qoruma kimi üstünlüklər təqdim edir.

• Minimum məbləğ tələbi yoxdur, lakin minimum lot ölçüsü 1-dir. Bu məbləğ səhmlərin qiymətindən və üzv şirkətlərin xidmət siyasətindən asılıdır.

• BFB dövlət istiqrazları, korporativ istiqrazlar və digər sabit gəlirli qiymətli kağızların ticarətini asanlaşdırır.

• İstiqrazlar stabil gəlir mənbəyi və portfelin diversifikasiyası təmin edir və səhmlərlə müqayisədə daha az risk daşıyır.

• Gəlirlilik faiz dərəcəsi (kupon), nominal dəyər, müddətin bitməsinə qalan vaxt və istiqrazın bazar qiymətinə əsasən hesablanır.

• Minimum məbləğ istiqrazın emitentindən və növündən asılı olaraq dəyişir.

• Repo (geri alma) əməliyyatı qısamüddətli maliyyə mexanizmidir və burada qiymətli kağızlar əvvəlcədən müəyyən edilmiş qiymətə və tarixə geri alınmaq şərti ilə satılır.

• İnstitusional investorlar, fiziki şəxslər, banklar və digər maliyyə qurumları üzv şirkətlər vasitəsilə repo bazarında iştirak edə bilərlər.

• Repo əməliyyatları likvidlik və qısamüddətli maliyyələşmə üçün çeviklik təmin edir.

• Repo əməliyyatında satıcı qiymətli kağızları geri almağa razılaşır; əks repo əməliyyatında isə alıcı həmin qiymətli kağızları geri satmağa razılaşır.