- İlkin olaraq, emitent ticarətə qəbula icazə üçün Birjaya müraciət edir, Listinq Komitəsi ticarətə qəbula icazə barədə qərar verdikdən sonra qiymətli kağızın ticarəti həyata keçirilir və ticarətin nəticəsinə uyğun olaraq müvafiq bazar seqmenti üzrə qiymətli kağızlar listinqə alınır. Listinqdə mövcud olan şirkətlər əlavə səhm buraxılışı etdikdə, ticarətə icazə haqqından azaddırlar.
- Şirkətin listinqə alınması kapitala çıxış imkanı yaradır, şirkətin brend kimliyini və investorların etibarını gücləndirir.
Qiymətli kağızların kütləvi yerləşdirilməsi üsulu ilə Birjada ticarətə qəbula icazə verilməsi üçün emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə-anket (Forma №1);
- Emissiya prospekti (və ya informasiya memorandumu);
- Qiymətli kağızların dövlət reyestrindən çıxarışı;
- Maliyyə hesabatları (sahə üzrə müvafiq olaraq).
- Səhm üzrə illik kapitalizasiyanın 0.01%-i (min 2000 AZN, max 20 000 AZN), istiqraz üzrə əsas bazar seqmenti üçün 1000 AZN, standart bazar seqmenti üçün isə 500 AZN təşkil edir.
- Şirkətin BFB-də listinqə alınması 5 iş günü ərzində həyata keçirilir.
- BFB-də xarici şirkətlərin yalnız istiqrazları listinqə alına bilər.
Bakı Fond Birjasında qiymətli kağızlarin ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi qaydalarının 5, 6 və 7-ci bəndlərində qeyd olunmuş tələblərin yerinə yetirilməsi.
Ətraflı məlumat üçün keçid edin:
- İKT prosesi zamanı şirkətlərə BFB tərəfindən həyata keçirilən Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində dəstək göstərilir.
Ətraflı məlumat üçün keçid edin:
- BFB-də şirkətlərin istiqraz və səhmləri listinqə alınır.