17 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2001021495 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 04.04.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "KREDİT EVİ" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001021495 |
İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli |
İstiqrazların sayı | 1,000 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 17% |
Ödəmə periodu | Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3(üç) iş günü gec olmayaraq |
Tədavül müddəti | 5 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
Reallaşdırılmış həcm | 1,000,000 manat |
Hərrac qiymət | 1,000.00 manat |
İnvestor sayı | 50 |
Sifariş sayı | 50 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |