3 fevral 2026 22:24 (GMT/UTC +04:00)
BOKT "International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
352
17:47
7 aprel 2025
352

7 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd edilmiş qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 15.04.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2031021028, AZ2032021027

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı

500 ədəd (hər bir İSİN kod üçün 250 ədəd olmaqla)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

500,000 manat (hər bir İSİN kod üçün 250,000 manat olmaqla)

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

15.04.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC