3 fevral 2026 22:22 (GMT/UTC +04:00)
"KREDİT EVİ" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
358
12:10
17 mart 2025
358

17 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC -nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 04.04.2025-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"KREDİT EVİ" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001021495

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli

İstiqrazların sayı

1,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

17%

Ödəmə Periodu

Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3(üç) iş günü gec olmayaraq

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC