3 fevral 2026 20:56 (GMT/UTC +04:00)
BOKT “EMBAFİNANS” QSC-in istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
345
18:06
27 fevral 2025
345

27 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.03.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT “EMBAFİNANS” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2014020609

İstiqrazların növü və forması

İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi / Birqəymətli

İstiqrazların sayı

2,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

2,000,0000 manat

İllik gəlirlilik faizi

13%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)

Tədavül müddəti

1 il

Ticarətə buraxılma tarixi

10.03.2025

Anderrayter

“Unicapital İ.Ş.” QSC