3 fevral 2026 20:55 (GMT/UTC +04:00)
"BANK RESPUBLİKA" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
346
19:02
6 mart 2025
346

6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BANK RESPUBLİKA" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 13.03.2025-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.

Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"BANK RESPUBLİKA" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2007002887

İstiqraqzların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli

İstiqrazların sayı

5,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 ABŞ Dolları

Buraxılış həcmi

5,000,000 ABŞ Dolları

İllik gəlirlilik faizi

8.5%

Ödəmə periodu

Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə)

Tədavül müddəti

8 il

Ticarətə buraxılma tarixi

13.03.2025

Anderrayter

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC