28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2028021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27.02.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT "İnternational" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2028021023 |
İstiqrazların növü və forması | İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi / Rəqabətli |
İstiqrazların sayı | 250 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
İstiqrazların buraxılış həcmi | 250,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir |
Tədavül müddəti | 2 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 250,000 manat |
Reallaşdırılmış həcm | 250,000 manat |
Minimal qiymət | 1000 manat (15.0000%) |
Maksimal qiymət | 1000 manat (15.0000%) |
Ehtimal olunan kəsmə qiymət* | 1000 manat (15.0000%) |
Ortaçəkili qiymət | 1000 manat (15.0000%) |
İnvestorların sayı | 3 |
Sifarişlərin sayı | 3 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |