29 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın dəyişən faizli (floating rate) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "Avropa Yenidənqurma və İnkişaf Bankı” |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001028169 |
İstiqrazların növü və forması | Dəyişən faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı | 500 ədəd |
İlkin ticarət qiyməti | 100,000 manat |
İstiqrazların buraxılış həcmi | 50,000,000 manat |
Period üçün gəlirlilik faizi | ![]() |
Ödəmə Periodu | Faiz ödənişləri göstərilmiş faiz ödəniş tarixlərində rüblük olaraq (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) həyata keçirilirəcək |
Tədavül müddəti | 1 il |
Ticarətə buraxılma tarixi | 01.10.2025 |
Anderrayterlər | “ABB-İnvest İ.Ş.” QSC; “Unicapital İ.Ş.” ASC |
