3 fevral 2026 18:11 (GMT/UTC +04:00)
"Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
911
13:28
1 oktyabr 2025
911

29 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın dəyişən faizli (floating rate) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2001028169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində yekunlaşmışdır. 

3.20 Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazların ticarətə qəbulu və listinqinə dair tələblər: 
3.20.1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazlar əsas listinq seqmentinə daxil edilir. 
3.20.2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılmış istiqrazlar üzrə Listinq Komitəsi tərəfindən istisnalar edilə bilər.
Bunu nəzərə alaraq kağızlar Əsas Bazar Listinq Seqmentinə daxil edilir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Avropa Yenidənqurma və İnkişaf Bankı”

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001028169

İstiqrazların növü və forması

İstiqrazlar dəyişən faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi / Birqiymətli hərrac

İstiqrazların sayı

500 ədəd

İlkin ticarət qiyməti

100,000 manat

İstiqrazların buraxılış həcmi

50,000,000 manat

Period üçün gəlirlilik faizi

Ödəmə Periodu

Faiz ödənişləri göstərilmiş faiz ödəniş tarixlərində rüblük olaraq (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) həyata keçirilirəcək

Tədavül müddəti

1 il

Hərrac qiyməti*

100,000 manat

Reallaşdırılmış həcm

50,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

55,200,000 manat

İnvestor sayı

12

Sifariş sayı

12

Anderrayter

 “ABB-İnvest İ.Ş.” QSC; “Unicapital İ.Ş.” ASC