Bakı Fond Birjasında Listinq Tələbləri
Emitent qiymətli kağızlarını birja vasitəsi ilə ticarətə buraxmamışdan əvvəl ilk növbədə Bakı Fond Birjasına (BFB) listinqə alınması ilə bağlı müraciət edir. Bakı Fond Birjasında ticarətə buraxılan qiymətli kağızlar emitentlərinin maliyyə, hesabatlılıq, şəffaflıq, korporativ idarə etmə göstəricilərinə əsasən 2 (iki) bazar seqmentində ( Əsas bazar seqmenti və Standart bazar seqmenti ) listinqə daxil edilir və hər bir seqment şirkətin inkişaf dərəcəsini əks etdirir. Qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra investor bazasına təqdim olunaraq yerləşdirməsi həyata keçirilir.

Listinqə müraciət etmək üçün sənədlərin siyahısı:
Qiymətli kağızların kütləvi yerləşdirilməsi üsulu ilə Birjada ticarətə qəbula icazə verilməsi üçün emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə-anket (Forma №1); formalara keçid
- Emissiya prospekti (və ya informasiya memorandumu);
- Qiymətli kağızların Dövlət Reyestrindən çıxarışı;
- Maliyyə hesabatları (segment üzrə müvafiq olaraq).
Daha ətraflı məlumat üçün: https://www.bfb.az/bfb-de-qiymetli-kagizlarin-buraxilisi-ve-ticareti-uzre-qaydalar