Emitent aşağıdakı öhdəlikləri daşıyır:
- “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili qaydaları” ilə müəyyən olunmuş hesabatları vaxtlı vaxtında təqdim etmək
- Qanunvericiliklə və “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili qaydaları”nda açıqlanması nəzərdə tutulmuş məlumatları açıqlamaq
- Birjanın listinq komitəsi tərəfindən müəyyən edilmiş məsuliyyət tədbirlərinə riayət etmək
- Bu müqaviləyə və Birjanın qaydalarına uyğun olaraq müəyyən edilmiş ödənişləri vaxtlı-vaxtında həyata keçirmək
- “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili qaydaları” ilə tanış olamaq