3 fevral 2026 19:33 (GMT/UTC +04:00)
Bakı Fond Birjası AmCham-ın "Azərbaycanda Yaşıl Taksonomiya" sessiyasında çıxış edib
276
14:20
20 fevral 2025
276

19 fevral 2025-ci il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bank, Maliyyə və Sığorta və Davamlı İnkişaf və Korporativ Təsir Komitələrinin təşkilatçılığı ilə "Azərbaycanda Yaşıl Taksonomiya" sessiyası həyata keçirilib.

Tədbirdə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə “Yaşıl Taksonomiya”, Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı Oqtay Qasımov "Yaşıl iqtisadiyyata əsaslanan kapital bazarı və onun üstünlükləri" mövzularında təqdimatla çıxış ediblər.  

Daha sonra baş tutan panel müzakirəsində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə, BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov və AmCham-ın BankMaliyyə və Sığorta Komitəsinin sədri Günay Cəlilova Azərbaycanda yaşıtaksonomiya, yaşıl iqtisadiyyatda kapital bazarı ilə bağlı sual cavab sessiyasını davam ediblər.