3 fevral 2026 20:54 (GMT/UTC +04:00)
"FERRUM KAPİTAL" QSC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
393
14:59
6 avqust 2025
393

22 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM CAPİTAL" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 19.08.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FERRUM CAPİTAL" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2019022287

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı

10,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

14%

Ödəmə periodu

Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir

Tədavül müddəti

12 ay

Ticarətə buraxılma tarixi

19.08.2025

Anderrayter

 “UniCapital İnvestisiya Şirkəti” ASC