3 fevral 2026 20:55 (GMT/UTC +04:00)
"BİRKART BOKT" MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
596
17:39
7 avqust 2025
596

7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİRKART BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"BİRKART BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001027732

İstiqrazın növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması

Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı

20,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

11.5%

Ödəmə periodu

Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.

Tədavül müddəti

12 ay

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC