3 fevral 2026 16:50 (GMT/UTC +04:00)
Bakı Fond Birjası Gürcüstanda Regional Əməkdaşlığı Gücləndirir
324
12:32
22 sentyabr 2025
324

18–19 sentyabr 2025-ci il tarixlərində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib. Səfərin əsas məqsədi regional əməkdaşlığın gücləndirilməsi və kapital bazarlarının inkişafında qabaqcıl təcrübələrin mübadiləsi olub.

Səfər çərçivəsində Bakı Fond Birjasının nümayəndə heyəti Gürcüstanın aparıcı maliyyə qurumları, o cümlədən Gürcüstan Fond Birjası və Gürcüstan Mərkəzi Depozitarı ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Gürcüstan kapital bazarları arasında əməkdaşlığın möhkəmləndirilməsi, bazar infrastrukturunda təcrübə mübadiləsi, davamlı inkişafı təşviq edən və regionda investor etimadını artırmağa yönəlmiş birgə təşəbbüslərin müəyyənləşdirilməsi müzakirə olunub.

Bu səfər Bakı Fond Birjasının transsərhəd tərəfdaşlıqlarının gücləndirilməsi, regional maliyyə inteqrasiyasının irəlilədilməsi, eləcə də Cənubi Qafqazda dayanıqlı və şəffaf kapital bazarlarının uzunmüddətli inkişafına töhfə vermək istiqamətində strateji öhdəliyini bir daha təsdiqləyir.