3 fevral 2026 18:09 (GMT/UTC +04:00)
“Azər Türk Bank” ASC-nin səhmlərin nominal dəyərinin dəyişdirilməsi haqqında məlumat
316
16:27
8 oktyabr 2025
316

Bakı Fond Birjasının (BFB) Listing Komitəsinin 8 oktyabr 2025-ci il tarixində keçirilmiş iclasında “Azər Türk Bank” ASC-nin səhmlərin nominal dəyərinin dəyişdirilməsi ilə bağlı müraciətə baxılmışdır.

Komitənin qərarına əsasən, “Azər Türk Bank” ASC tərəfindən AZ1005004424 ISIN nömrəli qiymətli kağızların nominal dəyərinin dəyişdirilməsi səbəbilə həmin səhmlərin AZ1004004425 ISIN kodlu qiymətli kağızlarla əvəzlənməsi qərara alınmışdır.

Qərara əsasən, AZ1004004425 ISIN kodlu qiymətli kağızlarların nominal dəyəri 2.01 (iki manat bir qəpik) manat, yerləşdirilmiş qiymətli kağızlarların miqdarı isə 50 000 000 (əlli milyon) ədəd təyin edilmişdir.

Qərar bu gündən – 8 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir.

Qeyd edək ki, bu dəyişiklik “Azər Türk Bank” ASC tərəfindən Mərkəzi Bankın portalı üzərindən 6 oktyabr 2025-ci il tarixində təqdim olunan müraciət əsasında həyata keçirilmişdir.