3 fevral 2026 15:34 (GMT/UTC +04:00)

Bakı Fond Birjası bir çox qabaqcıl beynəlxalq maliyyə institutları ilə əmakdaşlıq edir.

Azərbaycan iqtisadiyatının dünya iqtisadiyyatına inteqrasiyasının genişləndiyi bir mühitdə, kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətin müasir tələblərə uyğun səmərəli təşkili və beynəlxalq standartların tətbiqi, dünya üzrə nüfuzlu fond birjaları və maliyyə qurumları ilə faydalı əməkdaşlıq münasibətlərinin qurulması Bakı Fond Birjası üçün mühüm əhəmiyyət kəsb edir.

board_worker

İslam Əməkdaşlıq Təşkilatı Birjalar Forumu

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük hökumətlərarası təşkilatıdır və dörd qitədə yayılan 57 dövlətin üzvü var. Təşkilat müsəlman dünyasının birgə səsi kimi çıxış edir və müxtəlif xalqlar arasında beynəlxalq sülh və harmoniya ruhunu təşviq etməklə, müsəlman dünyasının maraqlarını qorumağı təmin edir. Təşkilat, 1389-cu hicri il, Rəcəb ayının 12-də (25 sentyabr 1969) Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş tarixi sammitin qərarı ilə yaradılmışdır.

Bakı Fond Birjası İslam Əməkdaşlıq Təşkilatı Birjalar Forumu  ilə 2015-ci il tarixindən əməkdaşlıq edir.

Bakı Fond Birjası İslam Əməkdaşlıq Təşkilatı Birjalar Forumunun xəbər bülletenində: OIC Exchanges

board_worker

Astana Beynəlxalq Maliyyə Mərkəzi nəznində olan Yaşıl Maliyyə Mərkəzi

Astana Beynəlxalq Maliyyə Mərkəzi nəznində olan Yaşıl Maliyyə Mərkəzi  Qazaxıstanda və Mərkəzi Asiyada yaşıl maliyyənin inkişafını təmin etmək üçün yaradılmışdır. Əsas məqsəd yaşıl və sosial istiqrazlar və kreditlər kimi müasir maliyyə alətləri vasitəsilə davamlı iqtisadiyyat üçün investisiyalar cəlb etməkdir. Bundan əlavə, Yaşıl Maliyyə Mərkəzi hökumətlərə, dövlətə məxsus və özəl şirkətlərə yaşıl maliyyə və davamlı inkişaf sahəsində strateji və biznes məsləhətləri təqdim edir. Yaşıl Maliyyə Mərkəzi potensial enitentlərə, investor və bazar iştirakçılarına davamlı maliyyə vəsaitlərinin cəlb edilməsində, o cümlədən Qazaxıstanın kapital bazarlarında istiqrazların buraxılmasında yardım edir.

Bakı Fond Birjası ilə Yaşıl Maliyyə Mərkəzi arasında "Qarşılıqlı Anlaşma Haqqında Memorandum” 13 mart 2024-cü il tarixində imzalanmışdır.

 

board_worker

Сbonds

Cbonds - maliyyə bazarlarında ixtisaslaşmış informasiya agentliyidir. Şirkət qeyd edilən biznes sahələrində fəaliyyət göstərir: məlumatlandırıcı veb-saytların (Cbonds.ru, Investfunds.ru, Preqveca.ru) idarə edilməsi və inkişafı, maliyyə bazarları ilə bağlı mövzuya uyğun konfransların təşkili və nəşr fəaliyyəti (Cbonds Review jurnalı və illik məlumat kitabçalarının nəşri).

 

 

board_worker

UNEC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 20 mindən çox tələbə heyəti ilə regionda iqtisadyönümlü təhsil verən ən böyük ali təhsil müəssisəsidir. UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisaslar üzrə bakalavriatura, magistratura , doktorantura üzrə tədris aparılır. UNEC, həmçinin regionda 4 dildə - azərbaycan, ingilis, türk və rus dillərində təhsil verən yeganə ali təhsil müəssisəsidir.