3 fevral 2026 16:46 (GMT/UTC +04:00)

Bakı Fond Birjası bir çox qabaqcıl beynəlxalq maliyyə institutları ilə əmakdaşlıq edir.

Azərbaycan iqtisadiyatının dünya iqtisadiyyatına inteqrasiyasının genişləndiyi bir mühitdə, kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətin müasir tələblərə uyğun səmərəli təşkili və beynəlxalq standartların tətbiqi, dünya üzrə nüfuzlu fond birjaları və maliyyə qurumları ilə faydalı əməkdaşlıq münasibətlərinin qurulması Bakı Fond Birjası üçün mühüm əhəmiyyət kəsb edir.

board_worker

Dünya Birjaları Assosiasiyası

Bakı Fond Birjası Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges – Federasiya) üzv olmaq üçün müraciət etmiş və Federasiyanın Direktorlar Şurasının 15.01.2020-ci il tarixli qərarı ilə tərəfdaş birja statusunu əldə etmişdir. Bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birja olmuşdur.

 

board_worker

BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu

Bakı Fond Birjası 31 mart 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs (red. – ingiliscə “The UN Sustainable Stock Exchange Initiative”, abbrevatura – “UNSSE”) qrupuna üzv olaraq qəbul olunmuşdur. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun (Təşəbbüs Qrup) əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

board_worker

Beynəlxalq Birjalar Assosiasiyası

Beynəlxalq Birjalar Assosiasiyası qeyri-kommersiya təşkilatı olan və öz fəaliyyətini könüllülük və özünüidarəetmə prinsipləri əsasında həyata keçirən Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir.

6 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasının üzvlüyünə qəbul edilmişdir.

board_worker

Borsa İstanbul

Azərbaycan Respublikasi ilə Türkiyə Respublikası arasında olan dostluq və qardaşlıq əlaqələri hər iki dövlətin iqtisadi-maliyyə əlaqələrində də öz əksini tapır. Belə ki, İstanbul Fond Birjası BFB-nin nizamnamə kapitalında iştirak etməklə Bakı Fond Birjasının təsisçilərindən olmuş və 2000-ci ilin iyunundan etibarən birjanın 19-cu səhmdarına çevrilmişdir.

board_worker

Qazaxıstan Fond Birjası (KASE)

Qazaxıstan Fond Birjası təsis edildiyi andan Qazaxıstanda qiymətli kağızlar və valyuta bazarlarında fəaliyyət göstərən yeganə birja olmuş, maliyyə bazarının infrastrukturunun ayrılmaz hissəsi kimi ölkə iqtisadiyyatında mühüm yer tutmuşdur.

Bakı Fond Birjası Qazaxıstan Fond Birjası (KASE)  arasında 25 noyabr 2018-ci il tarixində “Qarşılıqlı Anlaşma Haqqında Memorandum” imzalanmışdır.