Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikasının mərkəzi depozitarı olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir. MDM-in əsas məqsədi Azərbaycan Respublikasının ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.
MDM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Depozitar fəaliyyəti
- Klirinq fəaliyyəti
- Milli Nömrələyici Agentlik
- Reyestrsaxlayıcı fəaliyyəti
- Sərəncamçı xidmətinin göstərilməsi
- Ödəniş Agenti xidməti