Səhm Nədir? Səhm Bazarı Necə Formalaşır? Səhm - səhmdar cəmiyyətinin nizamnamə kapitalında mütənasib olaraq sahibinin iştirakını təsdiq edən, cəmiyyətin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın nizamnamə kapitalında olmuş payına mütənasib olan hissəsinə hüququnu təsdiqləyən adlı sənədsiz investisiya qiymətli kağızdır. Qanunvericiliyə əsasən səhmlər yalnız sənədsiz adlı formada buraxılır.
İstiqraz Nədir? Borc Bazarı Necə Formalaşır? İstiqraz - müəyyən edilmiş müddət və faiz dərəcəsi ilə maliyyə vəsaitlərinin əldə edilməsinə və əsas məbləğin müddətin sonunda, faizlərin isə rüblük, yarımillik və ya illik ödənilməsinə imkan verən qiymətli kağızdır.
REPO Əməliyyatları Nədir? Tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır. Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər. Repo əməliyyatı – Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır).