3 fevral 2026 15:34 (GMT/UTC +04:00)

Listinq Məsləhət Proqramı nədir?

Bakı Fond Birjası (BFB) qiymətli kağızların buraxılışı vasitəsi ilə maliyyələşmək istəyən və bu istiqamətdə dəstəyə ehtiyacı olan şirkətlərə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verir. 

LMP-nin məqsədi nədən ibarətdir?

Listinq Məsləhət Proqramının əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına, maliyyə şəffaflığının təşviqi məqsədi ilə hesabatlılığın təmin edilməsinə, korporativ idarəetmənin təkmilləşdirilməsinə və eləcə də, kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir.

LMP Sizə nə qazandırır?

  • Emissiya və yerləşdirmənin strukturlaşdırılması üzrə 360 dərəcə dəstək 
  • Kapital bazarlarının tələblərinə cavab verən standartlara çatmaq
  • LMP daxilində daimi böyüyən emitent və ekspert şəbəkəsinə daxil olmaq
  • İctimai maarifləndirmə üçün BFB tərəfindən media dəstəyini almaq
  • İnvestor bazasına çıxmaq
  • Etibarlı, dayanıqlı və nüfuzlu şirkət olmaq
7552fc53a38781226c4dde20a56b2612.png