Şirkətinizi Kapital Bazarları ilə maliyyələşdirin!
Kapital bazarlarında şirkətinizin maliyyələşmə imkanlarını genişləndirin. Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı (LMP) sizə müraciətdən ticarətə qədər bütün mərhələlərdə dəstək olur.
ÜstünlüklərimizListinq məsləhət proqramından faydalanın!
Bakı Fond Birjası Kapital bazarları vasitəsi ilə maliyyələşmək istəyən şirkətlərə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verir.
50+
1.6 mlrd
3.6 mlrd
2.79%
Listinq Seqmentləri və Tələblər
| Tələblər | Əsas bazar | Standart bazar | İnkişaf bazarı |
|---|---|---|---|
| Nizamnamə kapitalı | ≥ 10,000,000 AZN | ≥ 200,000 AZN | - tələb olunmur *- |
| Sərbəst tədavul | ≥ 5% | - tələb olunmur - | ≥ 5% |
| Mənfəətlilik | Son 2 ilin azı 1 ili | - tələb olunmur - | - tələb olunmur**- |
| Müşahidə Şurası | - var - | - tələb olunmur - | - tələb olunmur - |
| Sektor | - tələb olunmur - | - tələb olunmur - | Real (qeyri-maliyyə) |
*Müsbət Xalis Akivlər
**Müsbət Pul Axını
| Tələblər | Əsas bazar | Standart bazar |
|---|---|---|
| Yerləşdirmə həcmi | ≥ 10,000,000 AZN | ≥ 500,000 AZN |
| İnvestor sayı | ≥ 100 | ≥ 50 |
| Market-meyker | - var - | - tələb olunmur - |
| Hesabatlılıq dövrü | Ən azı son 2 il | Ən azı son 1 il |
| Müstəqil auditor | - var - | - var - |
| Mənfəətlilik | Son 2 ilin azı 1 ili | - tələb olunmur - |
Listinqdə Saxlanma üzrə Tələblər
| Tələblər | Əsas bazar | Standart bazar | İnkişaf bazarı |
|---|---|---|---|
| Sərbəst tədavül | ≥ 5% | - tələb olunmur - | ≥ 5% |
| Təkrar bazar dövriyyəsi | ≥ Sərbəst tədavülün 5%-i | - tələb olunmur - | - tələb olunmur - |
| Təkrar bazar əqdlərinin sayı | ≥ 1000 | - tələb olunmur - | ≥ 50 |
| Açıqlanmalı olan hesabatlar/məlumatlar | - var - | - var - | - var - |
Emitentin Kapital Bazarına Yol Xəritəsi
Bu qısa videoda şirkətlərin kapital bazarına çıxış prosesi – müraciətdən ticarətə qədər – sadə və aydın şəkildə izah olunur.
Qiymətli kağızların listinqə alınma prosesi
Ticarət öncəsi
- Anderraytinq şirkətinin seçilməsi
- Qiymətli kağızların və prospektin Mərkəzi Bankda qeydiyyatı
Ticarət
- Ticarətə icazə verilməsi
- Ticarətin icrası
- Ticarət nəticələrinin təqdim edilməsi
Listinq
- Ticarət nəticələrinə əsasən qiymətli kağızların Bakı Fond Birjasında müvafiq listinq seqmentinə alınması
- Qiymətli kağızların təkrar bazarda ticarətinin təmin edilməsi
Təkrar bazar
- Qiymətli kağızların təkrar bazarda sərbəst ticarəti
- Emitentin real vaxt rejimində kapitalizasiyasının bazar tərəfindən qiymətləndirilməsi
Qiymətli kağızlarınız üzrə kapital bazarına çıxış xərclərini indi hesablayın
Qiymətli kağızların qeydiyyata alınması və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi Dövlət rüsumu ARMB (AZN ilə)
Depo vә emitent hesabının açılması üzrə birdəfəlik ödəniş (AZN ilə)
Digәr qiymәtli kağızlara beynәlxalq eynilәşdirmә nömrәlәrinin verilmәsi üzrə birdəfəlik 50 AZN
Fond birjasında listinqdә olan qiymәtli kağızların mülkiyyәtçilәrinin reyestrinin aparılması üzrə illik komissiya - buraxılış həcminin 0,02%‑i, (minimum 50 AZN, maksimum 5000 AZN)
Fond birjasında listinqdә olan qiymәtli kağızların saxlanması üzrə illik komissiya - buraxılış həcminin 0,02%‑i, (minimum 50 AZN, maksimum 5000 AZN)
Birdəfəlik ödəniş
Birdəfəlik ödəniş
Listinqdə saxlanılması üzrə illik xidmət haqqı - buraxılış həcminin 0,01%‑i, (minimum 2000 AZN, maksimum 20000 AZN)
Yerləşdirmə haqqı üzrə - buraxılış həcminin 0.05%-i, (maksimum 500 AZN)

İllik listinq haqqı baza emissiya prospekti üzrə ümumi məbləğə əsasən deyil, həmin baza çərçivəsində buraxılmış və təsdiq edilmiş hər bir yekun şərt (tranş) üzrə ayrıca hesablanır.