6 iyun 2026 18:32 (GMT/UTC +04:00)
"Kapital Bank" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur
729
15:44
23 may 2025
729

24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 02.05.2025-ci ildə başlayaraq, 20 təqvim günün ərzində aparılıb, mayın 21-də yekunlaşmışdır.

"Kapital Bank" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi 23.05.2025-ci il tarixində baş tutmuşdur.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Kapital Bank" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2016005152

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi / Abunə yazılışı

İstiqrazların sayı

300,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

30,000,0000 manat

İllik gəlirlilik faizi

11%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

1 il

Hərrac qiyməti*

100 manat

Reallaşdırılmış həcm

30,000,0000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

30,000,0000 manat

İnvestor sayı

55

Sifariş sayı

57

Anderrayter

“PAŞA Kapital İ.Ş” QSC