3 fevral 2026 22:23 (GMT/UTC +04:00)
BOKT "AZKREDİT”-in səhmləri üçün “Ticarətə İcazə” qərarı verilmişdir
311
17:20
11 fevral 2025
311

11 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “AZKREDİT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "AZKREDİT” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001023360

Səhmin növü və forması

Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

3,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

300,000 manat

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“İnvest-AZ İ.Ş” QSC