3 fevral 2026 20:58 (GMT/UTC +04:00)
"BİRKART BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur
701
15:00
11 sentyabr 2025
701

7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİRKART BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcəkdir.

AZ2001027732 İSİN kodlu istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"BİRKART BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001027732

İstiqrazların növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması

Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı

20,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

11.5%

Ödəmə Periodu

Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

12 ay

Minimal qiymət

100 (11.5%) manat

Maksimal qiymət

100 (11.5%) manat

Kəsmə qiymət

100 (11.5%) manat

Ortaçəkili qiymət

100 (11.5%) manat

Reallaşdırılmış həcm

2,000,0000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

2,000,0000 manat

İnvestor sayı

62

Sifariş sayı

62

Anderrayter

“PAŞA Kapital İ.Ş” QSC