3 fevral 2026 18:13 (GMT/UTC +04:00)
“Finoko” BOKT ASC-nin AZ1001019467 İSİN kodlu səhmlərinin və  “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090 İSİN kodlu istiqrazlarının delistinqi haqqında məlumat
444
16:03
19 sentyabr 2025
444

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi tərəfindən “Finoko” BOKT ASC-nin AZ1001019467 İSİN kodlu səhmlərinin və  “İcraçı Kredit Agentliyi” MMC BOKT-un  AZ2002020090 İSİN kodlu istiqrazlarının delistinqi barədə qərar qəbul edilmişdir.

Qərar, “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın 14.4-cü bəndinə əsasən qəbul olunmuşdur. Həmin bəndə əsasən, emitentin lisenziya tələb edən fəaliyyət növü üzrə qanunvericiliklə müəyyən edilmiş müvafiq lisenziyaya malik olması tələb olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 12 dekabr 2024-cü il tarixli qərarı ilə, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmaması və icrası məcburi göstərişlərin yerinə yetirilməməsi səbəbilə “Finoko” BOKT ASC-nin və  “İcraçı Kredit Agentliyi” MMC BOKT-un lisenziyası ləğv edilmişdir. Bu səbəbdən, müvafiq normativ tələblər nəzərə alınaraq qiymətli kağızların delistinqi barədə qərarın qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir.

Birjanın qaydalarına uyğun olaraq, qiymətli kağızların delistinqi barədə qəbul olunmuş qərar səhmlər üçün ictimaiyyətə açıqlanma tarixindən 2 (iki) ay sonra, istiqrazlar üçün isə ictimaiyyətə açıqlanma tarixindən qüvvəyə minəcək.