3 fevral 2026 19:33 (GMT/UTC +04:00)
Bakı Fond Birjası “Fintex Summit 2025” tədbirində panel müzakirəsində fəal iştirak edib
612
22:58
25 iyun 2025
612

Bakı Fond Birjası (BFB) 24-25 iyun 2025-ci il tarixlərində keçirilən və regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biri hesab edilən “Fintex Summit 2025”-də iştirak edib.

Sammit Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Bankçılıq Forumunun birgə tərəfdaşlığı ilə təşkil olunub. Tədbirin əsas mövzusu “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” olub.

İki gün davam edən summitdə ölkənin maliyyə və iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərləri, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının menecerləri, yerli və xarici biznes və ictimai təşkilatların nümayəndələri, akademik dairələrin nümayəndələri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri iştirak ediblər.

Sammit çərçivəsində Bakı Fond Birjasının nümayəndəsi Ülkər Əhmədova, “Fintex sektorunda kapital bazarlarının rolu və rəqəmsallaşma prosesi” mövzusunda təşkil olunan panel müzakirəsinə moderatorluq edib. Paneldə investisiya mühitinin təkmilləşdirilməsi, maliyyə bazarlarının rəqəmsallaşdırılması və bu sahədə innovativ texnologiyaların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Summitin sonunda çıxış edən təşkilatçılar Azərbaycan maliyyə sektorunun innovasiyalara açıq olduğunu və beynəlxalq əməkdaşlığa hazır olduğunu bildiriblər.