3 fevral 2026 19:33 (GMT/UTC +04:00)
Bakı Fond Birjası Azərbaycan milli mətbuatının 150 illik yubileyini qeyd edib
459
11:54
22 iyul 2025
459

Azərbaycan XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilərək iqtisadi yüksəliş dövrünü yaşayırdı. Ölkənin ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş verməyə başlamışdı. Maarifçilik hərəkatının genişlənməsi milli mətbuatın yaranmasına gətirib çıxarmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. 

Eyni dövrdə yerli kapital bazarları inkişaf etməyə başlamışdı. 1886-cı ildə yaranmış Bakı Birjası ölkənin iqtisadi inkişafına önəmli töhfə verməyə başlamışdı. Bu dövr iqtisadiyyatın transformasiyası ilə, iri həcmli infrasktur layihələr ilə xarakterizə olunur. Bu layihələrdən ən önəmlisi böyük xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin təşəbbüsü, Bakı Birjasının öncülüyü və milli burjuaziyanın bir araya gələrək topladığı vəsaitlə tikilən Şollar su kəməri idi.

Milli mətbuatın 150 illik yubileyi ərəfəsində Bakı Fond Birjası Azərbaycan iqtisadiyyatına, əhalinin maarfiləndirilməsinə böyük töhvə vermis H.Z. Tağıyevin ev muzeyində media nümayəndələri ilə görüşüb. H.Z. Tağıyevin ev muzeyinin turu ilə başlayan görüş daha sonra Bakı Fond Birjasının rəhbər heyəti ilə səmimi söhbətlə bitib. Görüş zamanı Azərbaycanın kapital bazarlarında baş verən son yeniliklərdən, Bakı Fond Birjasının fəaliyyəti və jurnalistlərin ictimaiyyətin iqtisadi maarifləndirmə işlərindən bəhs edilib.