19-20 noyabr 2025-ci il tarixlərində Bakı Fond Birjası 9-cu Beynəlxalq Bankçılıq Forumunda iştirak edib.
Forumda “Müasir dövrdə kapital bazarları və investisiya əməliyyatları”, “Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr”, “Risklər və tənzimləyici təkamül”, “Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır”, “Etibarlı, təhlükəsiz və davamlı bank işi” mövzularında panel sessiyaları keçirilib. İştirakçılar maliyyənin gələcək mənzərəsini araşdırır, maliyyə dayanıqlılığını necə formalaşdıracaqlarını qiymətləndirir və səmərəli maliyyə ekosistemi qurmaq məsələlərini müzakirə ediblər.
Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini, Baş kommersiya inzibatçısı Oqtay Qasımov “Müasir dövrdə kapital bazarları və investisiya əməliyyatları” adlı panel sessiyasında çıxış edərək Azərbaycan kapital bazarlarında baş verən son dinamika, emitent və investorlar üçün hansı imkanların mövcud olması və Bakı Fond Birjasının Tabadul Hub-a qoşulmasının yerli kapital bazarları üçün açacağı imkanlar haqqında bəhs edib.
Azərbaycanın ev sahibliyi etdiyi forumun işində dövlət qurumlarının, kommersiya banklarının, özəl müəssisələrin, tanınmış beynəlxalq maliyyə təşkilatlarının, diplomatik nümayəndəliklərin və akademik dairələrin təmsilçiləri də iştirak ediblər.