23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ALPA" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
"ALPA" ASC-nin abunə yazılışı 15 avqust 2025-ci il tarixindən başlayaraq 19 avqust 2025-ci il tarixinədək (3 iş günü) davam etmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 20 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
“Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”n 3.17.3 bəndində bildirilir ki, Emitent maliyyə hesabatlarını MHBS-nın tələblərinə uyğun hazırlamalı beynəlxalq audit şirkətləri tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır. Emitent bu bəndə cavab vermədiyindən Qiymətli Kağızlar Listinqə alınmır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "ALPA" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001026678 |
Səhmin növü və forması | Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 80 ədəd |
İlkin ticarət qiyməti | 2,500 manat |
Buraxılış həcmi | 200,000 manat |
Hərrac qiyməti | 2,500 manat |
Reallaşdırılmış həcm | 200,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 200,000 manat |
İnvestor sayı | 1 |
Sifariş sayı | 1 |
Ticarətə buraxılma tarixi | 20.08.2025 |
Anderrayter | “Assist Finance İnvestisiya Şirkəti” ASC |