3 fevral 2026 18:04 (GMT/UTC +04:00)
board_worker

InvestAZ (Türkiyə) anderraytinq, vasitəçilik və məsləhətçilik kimi korporativ yatırım xidmətlərini təqdim edir.

board_worker

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yaranıb. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir. Pərakəndə sektor “Bank of Baku”nun fəaliyyətinin əsas sahəsidir. 

board_worker

Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından  243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. Yapı Kredi Bank Azərbaycan müştərilərinə bankçılığın Pərakəndə və Korporativ sahələrində məhsullar təklif etməkdədir. 

board_worker

Azərbaycan Sənaye Bankı 1996-cı ildə “Capital Investment Bank” (CI Bank) olaraq yaradılmış 2006-ci ildə öz brendini dəyişmiş və “Azərbaycan Sənaye Bankı” (ASB Bank) olmuşdur. ASB Bank hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edən universal bank kimi fəaliyyət göstərir. ASB Bakı Fond Birjasında 9.52% səhm payına sahibdir. 

board_worker

Capital Partners yerli və xarici bazarlarda peşəkar investisiya xidmətlərini təqdim edir. İnvestisiya xidmətləri Mərkəzi Bankın attestasiyası ilə sertifikatlara sahib olan, Bakı Fond Birjasının peşəkar treyderlər tərəfindən həyata keçirilir.