Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 150 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Borsa İstanbul Türkiyənin kapital bazarlarında fəaliyyət göstərən bütün birjaları vahid dam altında birləşdirir. Onun nizamnaməsi Kapital Bazarları Şurası tərəfindən hazırlanmış və məsul nazir tərəfindən təsdiq edildikdən sonra 3 aprel 2013-cü il tarixində dövlət qeydiyyatına alınmış və bununla da təsis və fəaliyyət icazəsi alınmışdır.
ABB - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir.
Unicapital yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir.
InvestAZ anderraytinq, vasitəçilik və məsləhətçilik kimi korporativ yatırım xidmətlərini təqdim edir.