6 iyun 2026 13:29 (GMT/UTC +04:00)
"Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
776
13:52
29 may 2025
776

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Unibank Kommersiya Bankı" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2018002025

İstiqraqzların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı

4,000 ədəd

İlkin ticarət qiyməti

1,000 ABŞ dollar

Buraxılış həcmi

4,000,000 ABŞ dollar

İllik gəlirlilik faizi

8%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

6 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

4,000,000 ABŞ dollar

Reallaşdırılmış həcm

4,000,000 ABŞ dollar

Hərrac qiyməti

1,000 ABŞ dollar

İnvestor sayı

61

Sifariş sayı

61

Anderrayter

“Unicapital İ.Ş.” ASC