3 fevral 2026 15:40 (GMT/UTC +04:00)
"Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
232
15:15
24 dekabr 2024
232

24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Unibank Kommersiya Bankı" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2017002026

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli

İstiqrazların sayı

11,000 (ədəd)

İlkin ticarət qiyməti

1000 ABŞ Dolları

İstiqrazların buraxılış həcmi

11,000,000 ABŞ Dolları

İllik gəlirlilik faizi

8%

Ödəmə periodu

ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir

Tədavül müddəti

6 il

Ticarətə buraxılma tarixi

26.12.2024

Anderrayter

“Unicapital İ.Ş.” ASC