3 fevral 2026 18:10 (GMT/UTC +04:00)
Maliyyə Nazirliyinin 720 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
670
09:29
12 sentyabr 2025
670

16 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli, dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu

AZ0201120026

Buraxılış həcmi 

20 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

720 gün 

Faiz ödənişləri

2026-cı il 16 mart, 2026-cı il 16 sentyabr, 
 2027-ci il 16 mart, 2027-ci il 16 sentyabr

Faiz dərəcəsi (olduqda)

7%

Ödəmə tarixi

16.09.2027

Anderrayter

PAŞA Kapital İ.Ş.” QSC

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata
keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.