3 fevral 2026 18:10 (GMT/UTC +04:00)
Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
1748
17:33
27 dekabr 2024
1748

28 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır. 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü

Diskontlu, qısamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu

AZ0101060132

Emissiya həcmi 

60 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

364  gün

Ödəmə tarixi

27.12.2025

Anderrayter

PAŞA Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.