3 fevral 2026 18:10 (GMT/UTC +04:00)
Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
576
18:28
25 dekabr 2024
576

26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli, dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu

AZ0201070437

Buraxılış həcmi 

50 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

1092 gün 

Faiz ödənişləri

2025-ci il 26 iyun, 2025-ci il 25 dekabr, 2026-cı il 25 iyun, 2026-cı il 24 dekabr, 2027-ci il 24 iyun, 2027-ci il 23 dekabr

Faiz dərəcəsi (olduqda)

9%

Ödəmə tarixi

                           23.12.2027

Anderrayter

PAŞA Kapital İ.Ş.” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.