29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 24 yanvar 2025-ci il tarixində baş tutacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Kapital Bank” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2015005153 |
İstiqrazın növü və forması | Faizli, təmin edilməmiş sənədsiz, adlı |
Ticarət üsulu / forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 250,000 ədəd |
İlkin ticarət qiyməti | 100 USD |
İstiqrazların buraxılış həcmi | 25,000,000 USD |
İllik gəlirlilik faizi | 7% |
Ödəmə periodu | ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir. |
Tədavül müddəti | 7 il |
Ticarətə buraxılma tarixi | 24.01.2025 |
Anderrayter | “PAŞA Kapital İ.Ş” QSC |