13 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21.05.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "FINCA Azerbaijan" MM QBKT |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2007019204 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı | 30,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 3,000,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə Periodu | Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir |
Tədavül müddəti | 18 ay |
Ticarətə buraxılma tarixi | 21.05.2025 |
Anderrayter | “Unicapital İ.Ş.” ASC |