25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "INTERNATİONAL” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
BOKT "INTERNATİONAL” ASC-nin abunə yazılışı 27.02.2025-ci ildə başlayaraq 10 gün davam etmiş və martın 9-u yekunlaşmışdır.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 11.03.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetntinə alınır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT "INTERNATİONAL” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001021026 |
Səhmin növü və forması | Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 2,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 2,000,000 manat |
Hərrac qiyməti | 1,000 manat |
Reallaşdırılmış həcm | 2,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 2,000,000 manat |
İnvestor sayı | 1 |
Sifariş sayı | 1 |
Ticarətə buraxılma tarixi | 11.03.2025 |
Anderrayter | “PAŞA Kapital İ.Ş” QSC |