3 fevral 2026 22:23 (GMT/UTC +04:00)
BOKT “INTERNATIONAL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
342
15:41
15 aprel 2025
342

7 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “INTERNATIONAL” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. 

Qeyd olunan AZ2032021027 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 15.04.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT “INTERNATIONAL” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2032021027

İstiqraqzların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı

250 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

250,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

2 il

Minimal qiymət

1000 manat (15.0000%)

Maksimal qiymət

1000 manat (15.0000%)

Kəsmə qiyməti

1000 manat (15.0000%)

Ortaçəkili qiyməti

1000 manat (15.0000%)

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

250,000 manat

Reallaşdırılmış həcm

250,000 manat

İnvestor sayı

4

Sifariş sayı

4

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC