17 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT “EMBAFİNANS” QSC-nin istiqrazlarının ticarəti yekunlaşmışdır.
BOKT “EMBAFİNANS” QSC-nin AZ2013020600 İSİN kodlu qiymətli kağızlarının ticarət nəticələrinin “Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması, ticarətinin dayandırılması, delistinqi” qaydalarının 3.19 və 3.20-ci bəndlərindən irəli gələn tələblərə uyğun olmadığı üçün, sözügedən kağızlar Listinq siyahısına əlavə edilməmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı | BOKT “EMBAFİNANS” QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2013020600 |
İstiqrazların növü və forması | İstiqrazlar faizli, təminatsız, sənədsiz, adlı |
Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli |
İstiqrazların sayı | 2000 (ədəd) |
İlkin ticarət qiyməti | 1000 manat |
İstiqrazların buraxılış həcmi | 2,000,000 manat |
İllik gəlirlilik faizi | 12,5% |
İstiqrazların reallaşdırılmış həcmi | 2,000,000 manat |
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 2,000,000 manat |
İnvestor sayı | 1 |
Sifariş sayı | 1 |
Ödəmə Periodu | Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360( üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) |
Tədavül müddəti | 1 il |
Anderrayter | “Unicapital İ.Ş” ASC |