3 fevral 2026 22:22 (GMT/UTC +04:00)
BOKT "EMBAFİNANS" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
352
17:17
25 iyul 2025
352

23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "EMBAFİNANS" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 31.07.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "EMBAFİNANS" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2015020608

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı

2,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

13%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

12 ay

Ticarətə buraxılma tarixi

31.07.2025

Anderrayter

 “ABB-İnvest İnvestisiya Şirkəti” QSC